Ağıllı ev / ev avtomatlaşdırma sistemləri
“Ağıllı EV” və “Ağıllı BİNA” sistemi, mərkəzləşmiş idarəetməyə malik olub, sistemdəki qurğular “statik” və “dinamik” rejimli, öz aralarında informasiyanı ötürə bilmə qabliyyətli və bu texnologiyaların sayəsində daha təhlükəsiz, daha konfortlu ehtiyacları ödəyə bilən və yaşam həyatının asanlaşdırılması üçün təchiz edilmiş kompleksli sistemdir. Ağıllı ev və Ağıllı bina sadə dillə desək evdə yaşayan insanlarla mütəmadi olaraq əlaqəli və verilən əmrlərə uyğun olaraq ağıllı
sistem, ev və məişət cihazlarının növbəli və ya zamana görə uzaqdan idarəetmə ilə işə düşməsi və işinin dayandırılması həyata keçən yaşayış zonasıdır. Uzaqdan idarəetməni evdən kənarda olduqda mobil telofonla və internetlə, evdə olarkan isə idarəetmə pultu vasitəsilə həyata kecirmək mümkündür. Ağıllı ev sistemində Mərkəzi Konsol və işlədici, data informasiya bağlantıları vasitəsi ilə mərkəzi konsoldan işlədicilərin komanda əmrlərini yerunə yetirən resiverlerindən ibarət mürəkkəb kompleks olmaqla həyatın rahatlığının elektron təminatçısıdır. Mərkəzi konsol interfeyslər vasitəsi ilə ev sakinlərinin mobil telefonu və evdə olan zaman hər kəsin özünə məxsus idarəetmə piltlarından verilən əmrlərlə ev və məişət cihazlarının işləməsini və ya işini yekunlaşdırmasını təmin edir. İnterfeyslər Mərkəzi konsoldan aldığı komanda ilə resiver cixişinda konkret əmrləri yerinə yetirir. Məsələn: Siz ofisinizdəsiniz. Saatlar 6-ya 15 dəqiqə qaldığını göstərir. 15 dəqiqədən sonara ofsidən ayrılıb evə gedəcəksiniz. Bu zaman mobil telefonunuzdan evdəki telefona zəng vurub mivafiq kodu daxil edib mərkəzi konsola birləşirsiniz. Verdiyiniz komandaya əsasən evin isitmə (soyutma) sistemi işə qoşulsun. Növbəti komanda ilə vanna otağında çakuzi işə düşüb suyu isidib vannanı doldursun. Növbəti komanda ilə mətbəxdəki kofevarka işə düşüb, südlü kofe hazırlayıb, Siz evə çatana kimi isti saxlasın. Siz saat 6 da cixib 45 dəqiqəlik ofislə eviniz arasında yol qət etməlisiniz. Bu 45 dəqiqə ərzində Mərkəzi Konsol evdəki gedən prosesləri nəzarətdə saxlayıb, prosesin təhlükəsiz həyata keçməsini təmin edəcək. Bundan əlavə ümumilikdə Ağıllı evin beyni sayılan Mərkəzi Konsol Sizin mobil telefonunuza sms vasitəsi ilə evdəki prosesləri və havanın temperaturunu, suyun temperaturunu, ehtiyat su miqdarını, enerji və enerji kəsilmələrini ümümiyətlə evdə gedən prosesləri Sizə çatdıran ev köməkçiniz olacaq. Artıq bütün yolu qət edib həyət darvazasına çatmısınız. Qapıdakı oxuyucu sistem maşınınızı tanıyıb darvazanı açacaq, həyətdəki gecə işıqlanmaları həyəti və qaraja qədər yolu işiqlandıracaq, evin təhlükəsizlik sistemini növbətçi rejimdən adi rejimə keçirəcək. Budur qaraj qapılarıda açıldı, qaraja daxil oldunuz. Sistem qapıları baglayıb Sizin maşından düşməyinizi, növbəti komandaları vermək üşün öz idarətmə pultunuzu götürməyinizi gözləyəcək. Evə daxil olub bir əl hərəkətiniz və ya səsli komanda ilə evin işıqlanma sistemini qoşacaqsınız. Ev istədiyiniz temparaturu alıb artıq. Bir düymə ilə musiqi sistemini qoşub Azərbaycan Xalq mahnılarını dinləyib istirahətin rahat getməsinin təminliyini anlayaraq ağır iş günü stersindən azad olacaqsınız. Mərkəzi konsolun kamputerinə yaxınlaşaraq gün ərzində evdə gedən proseslərin təqvimli cədvəlini nəzərdən keçidikdən sonra rahat istirahətə davam edəcəksiniz. Bu proselərin təhlükəsizliyini Mərkəzi Konsol - Sizin ev dostunuz öz üzərinə götürərək Sizin əmrlərinizə tabe olacaq.