Maşın nömrəsi tanıma sistemləri
Qeydiyyat nişanını Tanıma Sistemi (Qeydiyyat nişanını Oxuma Sistemi) vasitələrin qeydiyyat nişanlarının kompüter dəstəkli sistemlərlə oxunmasıdır. Qeydiyyat nişanını Tanıma Sistemi kamera vasitəsi ilə əldə olunan video görüntüsü və ya şəkil üzərində araşdırma apararaq vasitənin qeydiyyat nişanını oxuyur. Vizual olaraq işləyən bir Görüntü Tanıma sistemi olduğu üçün maqnit kart, pult kimi cihazlara ehtiyac qalmaz. Sistem bir göz qırpımında bir çox kameradan gələn görüntüləri analiz edir və milyonlarla verilmişlərlə müqayisə olunaraq nəticə əldə olunur. Yaşayış binası girişində bariyer önündə idarə və kart axtarmağa son. Hərbi bölgələrdə nəzarət və yoxlama üstünlüyünü təmin edir, təhlükəsizliyə kömək edir. Xüsusi yaşayış binası girişlerində və avtomobil dayanacaqlarında gözləməyi azaldır, maya dəyərini aşağı salır, təhlükəsizliyə kömək edir. Ticarət avtomobil dayanacaqlarında kağız, qəbz xərclərini azaldır. Gömrük qapılarından girən ticarət və xüsusi vasitələrin təqib olunmasını təmin edir. Yol hərəkət qaydalarına riayət etmək nisbətini yüksəldir, ədalətə kömək olur. Nişan Tanıma Sistemi daxil olan və çıxan vasitələri nişan oxuma ilə müəyyənləşdirərək inkişaf etmiş bir yoxlama və ətraflı bir hesabat təqdim edir. Nişan Tanıma Sistemi idarəetmənin qoyduğu bütün qaydalara dəqiqliklə riayət olunmasını təmin edərkən, qaydalarını da ətraflı tədqiq etməsi üçün idarəçiyə hesabat verir. İnsanların səhvi üzündən ortaya çıxan problemləri minimuma endirir.