X- ray nəzarət cihazları – metal detektorlar
Metal Detektorlar, hava limanları, alış- veriş mərkəzləri, iş mərkəzləri, şirkət binaları və zavodlar kimi insanların çox olduğu yerlərdə, binanın içərisinə, silah, partlayıcı maddə və narkotik maddələrin gətirilməsinə mane olmaq məqsədi ilə istifadə edilirlər. Aşağıda göstərilən növlərdən istənilən ölçü və həssaslıq dərəcəsinə uyğun parametrli metal detektorları bizdən sifariş edə bilərsiniz. Avadanlığın gətirlməsi və quraşdırılması bizim mütəxəssislər tərəfindən yerinə yetiriləcəkdir. Keçid tipli metal qapı detektorları altından keçən insanların üstündə olan “metal əşyaları mənimsəyir” və cihazın qarşı panelinin hər iki tərəfindəki “işıqlı göstəricilərdə” metalların “yerlərini”göstərərkən, eyni zamanda səsli xəbərdarlıq da edirlər.