Haqqımızda

Şirkətimizi sizə təqdim etməkdən böyük məmnunluq  duyur və  marağınız üçün əvvəlcədən təşəkkürümüzü bildiririk. ML  Group şirkəti fəaliyyətinə 2010-cu ildən  Bakı şəhərində başlamışdır. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı  inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət  göstərdiyi illər ərzində Respublikamızda və ölkədən kənarda  çoxlu sayda layihələr həyata keçirmişdir


 Şirkətimiz  istənilən çətinlik dərəcəli layihələrin hazırlanması və aparılmasında geniş təcrübəyə  malik olan yüksək səviyyəli peşəkar memar, dizayner və mühəndislərdən ibarətdir.


 Şirkətimizin fəaliyyət dairəsi kifayət qədər geniş olmaqla tikinti və mühəndis məsləhətləri sahələrində tam xidmətlər göstərir. Təfərrüatı ilə, buraya istər ictimai və sənaye binaların, tikililərin və onların infrastrukturlarının istərsədə nümunəvi və yaxud fərdi layihə üzrə hazırlanmış istirahət zonaları, şəhərkənarı bağ evlərinin və hər hansı digər yerləşmə və binaların memarlıq dizaynı, layihələndirilməsi və “tam təhvil” tikintisi və həmçinin də yüksək keyfiyyətli yerli və xarici tikinti materiallarından istifadə edərək bina və yerləşmələrin bəzək işləri, hər hansı çətinlik dərəcəlı təmiri, tam yenidən qurulması və mühəndis sistemlərinin quraşdırılması və yaxud cari təmiri daxildir.


  Bu da ML Group şirkətinin işinin yüksək ixtisaslı, uzun illərin təcrübəsinə dayanan bacarıqlı mütəxəsislərdən təşkil olunan heyyət vasitəsi ilə reallaşdırmasının göstəricisidir. Professionallığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır.Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq ML Group şirkətinin layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.


 Hörmətlə:


  “ML Group” MMC-nin Tikinti Şöbəsinin Direktoru  Abbasov Elməddin


ml group, dizayn, memarliq, design, tikinti,Layihe, dizayn, temir-tikinti,design, arxitektura, eskiz layihe, memarliq planlashdirma bolmesi, Proyekt, interyer , exteryer, lanshaft, tikinti firmasi , briqada, remont , Layihe, dizayn, temir-tikinti,, design, arxitektura, eskiz layihe, memarliq planlashdirma bolmesi, Proyekt, interyer , exteryer, lanshaft, tikinti firmasi , briqada, remont , Layihe, dizayn, temir-tikinti, design, arxitektura, eskiz layihe, memarliq planlashdirma bolmesi

İşçilərimiz

  • Elməddin Abasov - Baş direktor (9 il iş təcrübə)
  • Ülvi Əliyev - Tikinti şöbəsinin direktoru (15 il iş təcrübə)
  • Elvin Abasov - Hüquqşünast (5 il iş təcrübə )